Mərkəzdənqaçma Nasosları

Mərkəzdənqaçma Nasosları

Mərkəzdənqaçma nasosları sənaye və enerji sektorunda ən geniş istifadə olunan hidravlik avadanlıqlardan biridir. Nasosun iş prinsipi fırlanan işçi çarx vasitəsilə mayeyə kinetik enerji verilməsi və bu enerjinin təzyiq enerjisinə çevrilməsinə əsaslanır.

Bu nasoslar neft məhsulları, texniki su, kimyəvi mayelər, kondensat və digər proses mayelərinin nəqli üçün istifadə olunur. API 610, ISO 5199 və digər beynəlxalq standartlara uyğun istehsal olunan modellər ağır sənaye şəraitində etibarlı işləmək üçün nəzərdə tutulur.

Nasoslar üfüqi, şaquli, birpilləli, çoxpilləli və proses tipli müxtəlif konstruksiyalarda təqdim olunur. Korpus və işçi hissələr layihənin tələblərinə uyğun olaraq çuqun, karbon poladı, paslanmayan polad və xüsusi ərintilərdən hazırlana bilər.

Texniki imkanlar

  • Məhsuldarlıq: 1 – 25.000 m³/saat+
  • Basqı: 5 – 1500 m+
  • Temperatur: -50°C – +450°C
  • API 610, ISO 5199 uyğunluğu
  • Mexaniki kipgəclər
  • Tezlik çeviricisi ilə işləmə imkanı

Tətbiq sahələri

  • Neft və qaz obyektləri
  • Neft emalı zavodları
  • Kimya sənayesi
  • Energetika
  • Su təchizatı sistemləri
  • Yanğınsöndürmə sistemləri