Generator qurğuları sənaye müəssisələrinin, neft-qaz obyektlərinin, enerji infrastrukturunun, məlumat emalı mərkəzlərinin, səhiyyə müəssisələrinin və digər strateji obyektlərin fasiləsiz enerji təchizatının təmin edilməsində mühüm rol oynayan enerji sistemləridir. Müasir generator sistemləri əsas və ya ehtiyat enerji mənbəyi kimi istifadə olunaraq elektrik enerjisinin kəsilməsindən yarana biləcək istehsal və maliyyə itkilərinin qarşısını alır.
BAKI TEXNOMAŞ tərəfindən təklif olunan generator qurğuları yüksək etibarlılığa malik dizel və qaz mühərrikləri, sinxron alternatorlar, avtomatik idarəetmə sistemləri və qoruyucu avadanlıqlarla komplektləşdirilir. Qurğular beynəlxalq standartlara uyğun istehsal olunaraq müxtəlif sənaye sahələrinin texniki tələblərinə cavab verir.
Generatorların əsas hissələrini mühərrik, alternator, idarəetmə paneli, avtomatik gərginlik tənzimləyicisi (AVR), yanacaq sistemi, soyutma sistemi və qoruyucu korpus təşkil edir. Müasir AMF və ATS sistemləri sayəsində enerji təchizatının avtomatik idarə olunması və ehtiyat mənbəyə keçidi təmin edilir.
Qurğular açıq tipli, konteynerli və səsiz korpuslu (silent type) icralarda təchiz edilə bilər. İstehlakçının tələblərinə uyğun olaraq uzaqdan monitorinq, SCADA inteqrasiyası, sinxronlaşdırma və yük paylaşdırma sistemləri ilə komplektləşdirilməsi mümkündür.