Haqqımızda

BAKI TEXNOMAŞ MMC neft, qaz, energetika və digər sənaye sahələri üçün avadanlıqların, ehtiyat hissələrinin və texniki məhsulların beynəlxalq satınalması, təchizatı, ticarəti, təmiri və texniki xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar və etibarlı şirkətdir.

Şirkətimiz müştərilərinin texniki və kommersiya tələblərini təhlil edərək, dünyanın aparıcı istehsalçıları və etibarlı təchizatçıları ilə əməkdaşlıq əsasında beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli və rəqabətli qiymətlərlə məhsul, xidmət və mühəndislik həlləri təqdim edir. Məqsədimiz hər bir layihə üçün ən optimal texniki və iqtisadi həlləri seçərək müştərilərimizə uzunmüddətli dəyər yaratmaqdır.

Əsas fəaliyyət istiqamətlərimizə nasoslar, kompressorlar, siyirtmə və klapanlar, polad burazlar, dərinlik nasos ştanqları, transformatorlar, elektrik avadanlıqları, ölçmə-nəzarət cihazları, avtomatlaşdırma sistemləri və digər sənaye avadanlıqlarının təchizatı daxildir. Bununla yanaşı, nasosların və elektrik mühərriklərinin təmiri, elektrik dalma nasoslarının (ESP) təmiri və servisi, qazma qurğularının təmiri və servisi, neft-qaz quyularında əsaslı təmir işləri, qaz separatorlarının və neft saxlama çənlərinin təmiri, həmçinin neft-qaz sənayesi avadanlıqlarının modernizasiyası və texniki dəstəyi sahəsində peşəkar xidmətlər göstəririk.

Şirkətimiz texniki spesifikasiyaların təhlili, alternativ istehsalçıların seçilməsi, kommersiya təkliflərinin müqayisəsi, beynəlxalq sourcing, logistika koordinasiyası və müqavilə proseslərinin idarə olunması üzrə kompleks həllər təqdim edərək layihələrin uğurla həyata keçirilməsinə dəstək verir.

Fəaliyyətimizdə etibarlılıq, şəffaflıq, peşəkarlıq və operativlik prinsiplərini əsas tutaraq, müştərilərimizə neft, qaz, energetika və sənaye sektorları üçün qlobal miqyasda etibarlı təchizat, təmir, servis və mühəndislik həlləri təqdim edən uzunmüddətli tərəfdaş kimi xidmət göstəririk.