Haqqımızda

BAKI TEXNOMAŞ MMC neft, qaz, energetika və digər sənaye sahələri üçün avadanlıqların, ehtiyat hissələrinin və texniki məhsulların beynəlxalq satınalma, alqı-satqı, təchizatı və ticarəti sahəsində fəaliyyət göstərən peşəkar və etibarlı təchizat şirkətidir.

Şirkətimiz müştərilərinin texniki və kommersiya tələblərini təhlil edərək, dünyanın aparıcı istehsalçıları və etibarlı təchizatçıları ilə əməkdaşlıq əsasında beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli və rəqabətli qiymətlərlə məhsul və həllər təqdim edir. Məqsədimiz hər bir layihə üçün ən optimal texniki və iqtisadi həlləri seçərək müştərilərimizə uzunmüddətli dəyər yaratmaqdır.

Əsas fəaliyyət istiqamətlərimizə nasoslar, kompressorlar, siyirtmə və klapanlar, polad burazlar, dərinliknasos ştanqları, transformatorlar, elektrik avadanlıqları, ölçmə-nəzarət cihazları, avtomatlaşdırma sistemləri və digər texniki məhsulların təchizatı daxildir. Bununla yanaşı, texniki spesifikasiyaların təhlili, alternativ istehsalçıların seçilməsi, kommersiya təkliflərinin müqayisəsi, beynəlxalq sourcing, logistika koordinasiyası və müqavilə proseslərinin idarə olunması üzrə kompleks xidmətlər təqdim edirik.

Fəaliyyətimizdə etibarlılıq, şəffaflıq, peşəkarlıq və operativlik prinsiplərini əsas tutaraq, müştərilərimizə neft, qaz, energetika və sənaye sektorları üçün qlobal miqyasda etibarlı satınalma, təchizat və ticarət həlləri təqdim edən peşəkar tərəfdaş kimi xidmət göstəririk.