Polad burazlar neft-qaz sənayesində, qazma əməliyyatlarında, yükqaldırma sistemlərində, dəniz platformalarında, kran qurğularında və müxtəlif sənaye tətbiqlərində istifadə olunan yüksək möhkəmlikli daşıyıcı elementlərdir. Burazlar böyük dartılma qüvvələrinə, dinamik yüklərə və ağır istismar şəraitinə davam gətirmək üçün xüsusi texnologiyalar əsasında istehsal edilir.
İstehsal prosesində yüksək keyfiyyətli karbon poladı və lehimli polad məftillərdən istifadə olunur. Məftillərin xüsusi hörülmə konstruksiyası burazın elastikliyini, yorulmaya qarşı davamlılığını və xidmət müddətini artırır. Müxtəlif diametrlərdə və konstruksiyalarda istehsal olunan polad burazlar layihənin texniki tələblərinə uyğun seçilir.
Neft-qaz yataqlarında qazma qurğularının, mancanaq sistemlərinin, yükqaldırıcı mexanizmlərin və xüsusi texnoloji avadanlıqların təhlükəsiz istismarında mühüm rol oynayır.