Fırlanğıclar qazma qurğularının əsas mexaniki komponentlərindən biri olub qazma boru kəmərinə fırlanma hərəkətinin və eyni zamanda qazma məhlulunun ötürülməsini təmin edir. Qurğu qazma prosesinin fasiləsiz və təhlükəsiz həyata keçirilməsində mühüm rol oynayır.
Fırlanğıclar yüksək mexaniki yüklər, fırlanma momenti və təzyiq altında işləmək üçün xüsusi möhkəmlikli materiallardan hazırlanır. Müasir konstruksiyalar yüksək məhsuldarlıq, aşağı vibrasiya və uzun xidmət müddəti təmin edir.