Qaz separatorları neft-qaz hasilatı və emalı proseslərində qaz, neft, kondensat və su fazalarının ayrılması üçün istifadə olunan əsas texnoloji avadanlıqlardan biridir. Separatorlar hasil olunan məhsulun keyfiyyətinin yüksəldilməsi, texnoloji avadanlıqların qorunması və proseslərin optimallaşdırılması məqsədilə tətbiq edilir.
Müxtəlif təzyiq və məhsuldarlıq göstəricilərində istehsal olunan separatorlar iki fazalı və üç fazalı ayırma sistemləri ilə təchiz edilə bilər. Qurğular ASME, API və digər beynəlxalq standartlara uyğun layihələndirilir və istehsal olunur.
Daxili konstruksiyada damcıtutan elementlər, siklon separatorları, axın yönləndiriciləri və digər yüksək səmərəli ayırıcı sistemlər tətbiq edilir ki, bu da ayrılma effektivliyini maksimum səviyyəyə çatdırır.