İstilik dəyişdiriciləri müxtəlif texnoloji proseslərdə istiliyin bir mühitdən digərinə ötürülməsi üçün istifadə olunan əsas enerji avadanlıqlarıdır. Neft-qaz, kimya, energetika və digər sənaye sahələrində istilik enerjisinin səmərəli idarə olunmasında mühüm rol oynayır.
Qabıq-boru tipli, lövhəli, hava soyuduculu və xüsusi konstruktiv icralarda istehsal olunan istilik dəyişdiriciləri yüksək istilik ötürmə qabiliyyəti və enerji səmərəliliyi ilə seçilir.