Bakı Texnomaş neft və qaz sənayesi üçün nəzərdə tutulmuş Drill Solids Box (DSB) konteynerlərinin satış və icarə xidmətlərini təqdim edir. DSB konteynerləri qazma əməliyyatları zamanı yaranan qazma şlamının (drilling cuttings) və digər bərk qazma tullantılarının təhlükəsiz şəkildə toplanması, müvəqqəti saxlanılması və daşınması məqsədilə istifadə olunur.
Neft və qaz sənayesində ekoloji təhlükəsizlik, əməliyyat etibarlılığı və işçi təhlükəsizliyi mühüm əhəmiyyət daşıdığından qazma tullantılarının düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. DSB konteynerləri bu proseslərin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Tərəfimizdən təqdim olunan həllər müxtəlif qazma layihələrinin texniki tələblərinə uyğun seçilir və offshore sənayesində geniş tətbiq olunan DNV 2.7-1 standartının texniki tələbləri nəzərə alınmaqla təklif olunur.
Müştərilərimizə layihə tələblərinə uyğun DSB konteynerlərinin satışı, texniki məsləhət və çatdırılma dəstəyi təqdim edilir.
Şirkətimiz tərəfindən DSB konteynerlərinin qısamüddətli və uzunmüddətli icarə xidmətləri də təqdim olunur. İcarə xidməti xüsusilə müvəqqəti qazma layihələri, sınaq quyuları, texniki dayanma işləri və qısamüddətli sənaye layihələri üçün sərfəli həll hesab edilir. İcarə müddəti layihənin ehtiyaclarından asılı olaraq gündəlik, həftəlik, aylıq və ya uzunmüddətli əsasda müəyyən edilə bilər.